STRATEGİYA
PEŞƏKAR ATLETLƏR
-
Milli yığma komandanın formalaşdırılması və idarə edilməsi (təlimlərin, təlim-məşq toplanışlarının təşkili, Dünya və Avropa çempionatları, o cümlədən Yeniyetmələrin Qış Olimpiya Oyunları, Qış Olimpiya və Paralimpiya Oyunları kimi yarışlarda iştirakı və s.);
-
Yeni idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün uzunmüddətli inkişaf planının hazırlanması və həyata keçirilməsi;
Xarici mütəxəssislər cəlb edilməklə yerli idmançıların və məşqçilərin kvalifikasiyalarının artırılması; -
Qış idman növləri ilə məşğul olan mövcud milliləşən legionerlərə dəstəyin göstərilməsi (Yekaterina Ryabova, Vladimir Litvintsev və digərləri).
İNKLÜZİVLİK
-
Azərbaycanda qış idmanı mədəniyyətinin yaradılmasına dəstək göstərmək üçün ölkədə mövcud xizək kurortlarının təşviqi;
-
Daha geniş auditoriya arasında qış idman növlərinə marağın artırılması məqsədilə müxtəlif yerli yarışların təşkili;
-
Əhalinin sosial və fiziki cəhətdən həssas qruplarının qış idman növlərinə cəlb edilməsinə və onlar üçün lazımi şəraitin yaradılmasına dəstəyin göstərilməsi.
TƏHSİL
-
Azərbaycanda mövcud olan xizək kurortlarının nəzdində xizək və digər qış idman məktəbi proqramlarının inkişafının təşviq edilməsi;
-
Əhalinin bütün təbəqələrindən olan insanların, xüsusilə də uşaq və gənclərin sözügedən məktəb proqramlarında iştiraka cəlb edilməsi;
-
Aztəminatlı ailələrlə yanaşı, Qarabağ müharibəsindən zərər çəkmiş ailələrdən olan uşaqların qış idman növləri üzrə təhsilinə dəstəyin göstərilməsi.